Xəbər lenti
Dünən, 15:45
 

Qoca Səmədov azadlığa buraxıldı 0

Tarix: 26-07-2023 21:05     Baxış: 2 296

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.

Mubarizciler.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Məlumatı onun vəkili Elnur Vəliyev saytımıza təsdiqləyib.

Vəkil bildirib ki, Q.Səmədov xəstəliyi ilə bağlı vaxtından əvvəl cəzadan şərti olaraq azad olunub:

“Müvəkkilim ürək xəstəliyindən əziyyət çəkir. Ekspert rəyində də bu sübut olunmuşdu. Nizami Rayon Məhkəməsi vəsatətimizi təmin etməsə də, bu gün Bakı Apellyasiya Məhkəmsində hakim Elmar Rəhimov qərardan verdiyimiz şikayəti əsaslı hesab etdi”.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi keçmiş icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə isə 5 il 9 aya endirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar