Xəbər lenti

İcra Başçısı ad günü münasibətilə Şəhid anası ilə görüşdü - FOTO 0

Tarix: 25-07-2023 13:40     Baxış: 2 149

Şəhər İcra Hakimiyyətinin Başçısı ad günü münasibətilə Şəhid anası ilə görüşdü.

Mubarizciler.az-ın məlumatına görə, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Ağayev Elçin Vaqif oğlunun anası Ağayeva Kubra Qara qızı ilə 80 illik yubileyi münasibətilə görüşüb. Kubra Ağayevanı təbrik edən Şəhər rəhbəri ona səmimi arzularını bildirib.

 Şəhər rəhbəri bütün şəhid analarının baş tacımız olduğunu, Vətənə layiqli, vətənpərvər oğullar böyütdükləri üçün daim belə analara minnətdar olduqlarını vurğuladı.

Şəhid Ağayev Elçin Vaqif oğlu 29 yanvar 1968-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci il tarixdə Şuşa ətrafında gedən döyüşlərdə qəhərmancasına  şəhid olub. Yevlax Şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Şəhər İcra Hakimiyyəti tərəfindən 2022-ci ildə yaşadığı və adını daşıdığı keçədə barelyefi vurulmuşdur.

Kubra Ağayeva onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Görüş zamanı şəhid anasına Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar