Xəbər lenti
10-09-2025, 09:44
 

Kamran Əliyev iclas keçirdi - Foto 0

Tarix: 25-07-2023 12:29     Baxış: 2 142

Baş Prokurorluqda videokonfrans rejimində 2023-cü ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.

İclasda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Bakı şəhər, tabe rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edib.

Baş Prokurorluğun Kollegiya üzvləri ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi, Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, unudulmaz xatirəsini ehtiramla yad edib.

İclasdan öncə ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.

Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar