Xəbər lenti

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov Goranboy rayonuna səfər etmişdir 0

Tarix: 21-07-2023 21:55     Baxış: 2 142

21 iyul 2023-cü il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov Goranboy rayonuna səfər etmişdir. 

Mubarizciler.az-ın məlumatına görə, İlk öncə İntiqam Hüseynov Goranboy rayonunda şəhidlərimizin əziz xatirəsini əbədiləşdirilməsi məqsədi ilə salınmış Şəhidlər xatirə-abidə kompleksinə baş çəkərək, şəhidlərin fotogüşələri önünə gül dəstələri qoymuşdur.

Səfər zamanı Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy "Gənclər Evi" SXM-nin birgə təşkilatçılığı, Goranboy Olimpiya İdman Kompleksinin dəstəyi ilə "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təsis edilməsinin 29-cu illiyi münasibəti ilə yeniyetmə və gənclərin iştirakı ilə keçirilən dama stolüstü idman növü üzrə şəxsi birincilikdə fəxri qonaq qismində iştirak edən İntiqam Hüseynov yeniyetmə və gənclərlə səmimi söhbət etmiş, onların idmana kütləvi cəlb olunmasının, həmçinin gənclərin bilik və bacarıqlarının daha da artırılmasının vacibliyini vurğulayaraq bütün iştirakçılara uğurlar arzulamışdır.


 Yarışın yekun nəticəsinə əsasən I, II, III yerlərin qalibləri sonda diplom, medal və qiymətli hədiyyələr ilə mükafatlandırıldı. Goranboy Olimpiya İdman Kompleksi, Goranboy Üzgüçülük Kompleksi və "Qala" çoxnövlü idman klubunda olan İntiqam Hüseynov idman obyektlərinin maddi-texniki bazası ilə maraqlanmış, burada yaradılan şəraitlə yaxından tanış olaraq öz tapşırıq və tövsiyələrini vermişdir. Daha sonra Goranboy rayonu üzrə gənclər və idman sektorunda və Goranboy Gənclər Evində olan idarə rəisi əməkdaşlar ilə səmimi söhbətlər aparmış, binaya baxış keçirmiş və gənclər üçün yaradılmış şəraitdən səmərəli istifadənin əhəmiyyət və vacibliyini bildirmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar