Xəbər lenti

Naftalan şəhərində Mətbuat nümayəndələri ilə görüş keçirilib - FOTO 0

Tarix: 21-07-2023 13:41     Baxış: 2 310

Mətbuat nümayəndələri ilə görüş keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuatın 148-ci ildönümü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, ŞİHB aparatının məsul əməkdaşları, regionun mətbuat nümayəndələri iştirak ediblər.

İlk öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətləri özündə əks etdirən foto-eksponatlara baxış keçiribdir.

Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan milli mətbuatının olduqca böyük tarixi inkişaf yolu keçdiyini qeyd edərək kütləvi informasiya vasitələrinin insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verməsindən söhbət açıb. Ulu Öndərimizin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyindən bəhs edib. Mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən mətbuat nümayəndələri Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunması, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə olunmasını vurğulayaraq ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. 

Tədbirin sonunda ŞİH tərəfindən mətbuat nümayəndələrinə Ulu Öndərin 100 illiyi ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyət istiqamətlərindən bəhs edən kitablar və xatirə hədiyyələri təqdim olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar