Xəbər lenti
Dünən, 15:45
 

Vilayət Eyvazov Mingəçevirdə vətəndaş qəbulu keçirdi - Video 0

Tarix: 19-07-2023 17:59     Baxış: 2 170

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Mingəçevir Şəhər Polis Şöbəsində vətəndaş qəbulu keçirib.

Mubarizciler.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir əvvəlcə Mingəçevir şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Sonra Şəhər Polis Şöbəsinin inzibati binasında Yevlax, Ağdaş, Ucar, Şuşa, Tərtər, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 96 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 32-si Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 225 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.







   


Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar