Xəbər lenti

Kamran Əliyev Biləsuvarda qəbul keçirdi - Foto 0

Tarix: 18-07-2023 16:29     Baxış: 2 758

Baş prokuror Kamran Əliyev Biləsuvar Rayon Prokurorluğunun inzibati binasında Biləsuvar, Cəlilabad, Neftçala və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Baş prokuror səfər zamanı Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 91 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırdığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Həmçinin, Baş prokuror Prezidentin 7 may 2021-ci il tarixli Fərmanı əsasında yaradılan “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olub. İşin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair əməkdaşların təkliflərini dinləyib, eləcə də müzakirələr aparılmaqla müvafiq göstərişlər verib.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar