14 iyul 2023-ci ildə Ümummilli lider Heydər Əliyevin birinci dəfə Azərbaycan Respublikasının rəhbəri seçilməsinin 54 illiyi tamam olur 0
14 iyul 2023-ci ildə Ümummilli lider Heydər Əliyevin birinci dəfə Azərbaycan Respublikasının rəhbəri seçilməsinin 54 illiyi tamam olur.
Azərbaycan Respublikasının son 50 illik tarixi Heydər Əlirza oğlu Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Az-az dövlət xadimi və siyasətçi tapılar ki, bu qədər uzun müddətdə öz xalqına, millətinə və dövlətinə böyük məhəbbətlə, sevərək və sevilərək rəhbərlik edə bilsin. Heydər Əliyev təqribən 30 il SSRİ tərkibində olan Azərbaycanın dövlət təhlükəsizlik komitəsində işləmiş, general-mayor rütbəsinə qədər qalxaraq həmin komitənin 1967-ci ildə sədri təyin olunmuş, daha sonra isə 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsinə seçilmişdir. O, 14 ildən artıq həmin vəzifədə işlədikdən sonra 1982-ci ilin dekabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini təyin edilərək faktiki olaraq SSRİ rəhbərlərindən biri olmuş, dünyanın idarə edilməsində iştirak edən siyasətçilərdən birinə çevrilmiş və həmin vəzifədə 6 il çalışaraq böyük təcrübə toplamışdır. 1991-ci ildə Azərbaycan müstəqillik qazanan zaman Müstəqil Azərbaycanı idarə etməyə layiq olan həqiqi lider məhz Heydər Əliyev idi ki, 1993-cü ilin iyunun 15-də xalqımızın tələbi ilə yenidən hakimiyyətə gəldi.
Mubarizciler.az
Xəbəri paylaş