Xəbər lenti
18-11-2024, 12:06
 

İcra Başçısı Şəhid və Qazi ailələri ilə görüşdü - FOTO 0

Tarix: 10-07-2023 13:02     Baxış: 3 290

Goranboyda İcra  Başçısı  Xan Qərvənd, Əlirzalı, Yeniyol və Təklə kəndlərindən olan şəhid ailələri və qazilərlə görüşdü, onların sosial qayğıları ilə maraqlandı.

Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinin, xüsusən də şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən  şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir, Şəhid ailələri və qazilərlə görüşlər təşkil olunur. 

Mubarizciler.az-ın məlumatına görə, Ziyarətlər və keçirilən görüşlər zamanı Şəhid ailələri və qazilər  tərəfindən edilən müraciətlərdən rayon  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə,   aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.

Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və bir qrup ictimai fəallarla birgə, Xan Qərvənd kəndində  1-ci Qarabağ Müharibəsi şəhidi  İsamayılov Faiq Yusif oğlunun ailəsinin yaşadığı evin həyətində Xan Qərvənd, Əlirzalı, Yeniyol və Təklə kəndlərindən olan şəhid ailələri və müharibə iştirakçıları ilə görüşdü, onların sosial qayğıları ilə maraqlandı.

Məlumat üçün bildiririk ki,  şəhid  ailələri və müharibə iştirakçıları tərəfindən, ümumilikdə: 26 müraciət qeydə alınmış, o cümlədən: 1 müraciət -subartezian quyusunun qazılması,  5 müraciət -torpaq sahəsinin verilməsi (təmin edilib), 2 müraciət -kənddaxili yollara çınqıl tökülməsi (təmin edilib), 11 müraciət -işə qəbul və özünüməşğulluq proqramına cəlb olunması (7 nəfərin müraciəti ilə bağlı, aidiyyəti üzrə Gəncə Daşkəsən Regional Məşğulluq İdarəsinə məktub ünvanlanmış,  müvafiq qeydiyyata alınmış, bundan 2 nəfər işlə təmin edilib),  4 müraciət -müalicəsi üçün maddi köməklik göstərilməsi (təmin edilib), 3 müraciət isə -torpaq sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı olmuşdur ki, bu müraciətlər də operativ qaydada təmin edilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar