Xəbər lenti
Dünən, 15:45
 

“Nazirin fikrini təhrif etməklə qeyri-düzgün ifadələr işlədirlər” - Video 0

Tarix: 09-07-2023 19:44     Baxış: 2 954

Xəbər verdiyimiz kimi, iyulun 6-da elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərlə görüş keçirib. Nazirin görüşdə şagirdlərin oxuyub anlama bacarıqları ilə bağlı çıxışı müzakirələrə səbəb olub.

Mubarizciler.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sözügedən müzakirələrlə bağlı paylaşım edib.

O, bir sıra ictimai şəxsin məsələnin mahiyyətinə varmadan nazirin səsləndirdiyi fikirləri təhrif etməklə qeyri-düzgün ifadələr işlətdiklərini bildirib:

"İyulun 6-da elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərimizlə görüşdə vacib mesajlar səsləndirdi. Onlardan biri də şagirdlərimizin oxuyub anlama bacarıqları ilə bağlı mövcud problemləri idi.

Təəssüf ki, bir sıra ictimai şəxslər məsələnin mahiyyətinə varmadan Emin müəllimin səsləndirdiyi fikirləri təhrif etməklə qeyri-düzgün ifadələr işlədirlər.

Elm və təhsil nazirliyi hər zaman açıq dialoq formatını seçib və ictimai fikrə böyük hörmətlə yanaşıb. Ümid edirəm ki, təqdim olunan videoda cənab nazirin şagirdlərin beynəlxalq qiymətləndirmə bacarıqlarının ölçülməsi ilə bağlı mötəbər tədqiqata əsaslanan fikirləri düzgün (əslində olduğu kimi) anlaşılacaq". 

Sözügedən görüşdən nazirin həmin çıxışını təqdim edirik:






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar