Xəbər lenti

Goranboy rayonunda Şəhid və Qazi ailələri ilə görüş keçirilib - FOTO 0

Tarix: 08-07-2023 14:22     Baxış: 3 773

Goranboyda şəhid ailələri  və müharibə iştirakçıları ilə görüşlər davam etdirilir, onların sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinin, xüsusən də şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən  şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir, Şəhid ailələri və qazilərlə görüşlər təşkil olunur.  Ziyarətlər və keçirilən görüşlər zamanı Şəhid ailələri və qazilər  tərəfindən edilən müraciətlərdən rayon  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə,   aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.

Mubarizciler.az xəbər verir ki, Goranboy RİH-nin məsul vəzifəli əməkdaşlarının, inzibati ərazi dairələri üzrə  nümayəndələrin  və  bələdiyyələrin birgə iştirakı ilə  Qarqucaq kəndində Qarqucaq, Hacallı, Şəfibəyli, Zeyvə və Şəfəq   yaşayış məntəqələrindən olan Şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı. Keçirilən görüşdə, şəhid ailəsi  Məmmədova Simuzər Abdulla qızının, yaxınlıqda  olan su borusundan evinə su xəttinin çəkilməsi və qazi  Aslanlı Üzeyir Telman oğlunun, Qarqucaq kəndi ərazisində  hazırda istifadə olunmayan körpünün kəndin giriş hissəsində  olan körpü ilə əvəz  olunması ilə  baglı, müraciətləri qeydə alındı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar