Xəbər lenti

Mədəniyyət Nazirliyində YENİ TƏYİNATLAR 0

Tarix: 04-07-2023 17:52     Baxış: 2 058


Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub, təyinatlar var.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.

Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.

Məlumata görə, Fərid Vidadi oğlu Qurbanzadə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Rahib oğlu Əliyev - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar