Xəbər lenti
18-11-2024, 12:06
 

Millət vəkili vətəndaşları qəbul etdi - Fotolar 0

Tarix: 03-07-2023 15:40     Baxış: 2 380

Milli Məclisin deputatı Anar Məmmədov Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı aparatının inzibati binasında yerləşən ofisdə növbəti vətəndaş qəbulunu keçirib.

Mubarizciler.az  xəbər verir ki, qəbulda Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Seymur Nazarov, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev iştirak edib.

Deputat qəbul zamanı seçicilərin çoxsaylı müraciətlərini dinləyib. 

Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərdən Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədəmüvafiq hesab edilib.

Sonda qəbula gələn vətəndaşlar müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Goranboy rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar