Xəbər lenti

İyulun ən təhlükəli günləri AÇIQLANDI 0

Tarix: 01-07-2023 18:22     Baxış: 2 051


Qarşıdan gələn iyul ayında Yer kürəsində 5 maqnit qasırğası baş verəcək.

Mubarizciler.az  xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasından bildiriblər (NOAA). Geomaqnit qasırğalarından birincisi iyulun 1-də, ikincisi isə 7-8-də baş verəcək. Ən təhlükəli qasırğa isə iyulun 12-13-də proqnozlaşdırılır.

NASA-nın məlumatına görə, gələcək günəş fırtınasının intensivliyi Marsın orbitində olan peyklərdən müşahidə olunan auroraları stimullaşdırmaq üçün kifayət ola bilər. Gözlənilən günəş fırtınasının Yerə potensial təsirini qiymətləndirmək çətin məsələdir. Bu yüksək səviyyəli fırtınalar kiçik peyklərə ciddi təsir göstərə bilər, mobil şəbəkələri, GPS sistemlərini poza bilər və maqnit potensialını kəskin şəkildə artıraraq yerüstü elektronika və elektrik şəbəkələri üçün əhəmiyyətli təhlükə yarada bilər.

Mərkəzdən o da bildirilib ki, iyul ayının ortalarına qədər davam edəcək uzunmüddətli maqnit qasırğaları meteohəssas insanların sağlamlığına mənfi təsir göstərəcək.

Bununla əlaqədar olaraq insanlarda baş gicəllənmələri, baş ağrıları, təzyiqdə dəyişmələr müşahidə oluna bilər. Buna görə də xroniki xəstəlikləri olan insanların istifadə etdiyi dərman dozalarını həkimlə məsləhətləşməsi və mümkün qədər evdən bayıra çıxmaması tövsiyyə olunur.

Arterial təzyiq yüksəkdirsə, mütləq təzyiqi salan dərmanlar istifadə olunmalıdır. 35-40 yaşdan sonra müəyyən qan durulduculardan istifadə məsləhətdir. Həmçinin bol maye qəbul olunmalı və qidalanmaya nəzarət edilməlidir. Daha yüngül və antioksidant tərkibli qidalar yeyilməlidir. Çünki antioksidantlar da bizim əhvalımıza təsir edən faktorlardandır. Bu baxımdan, üzüm, banan, yaşıl çay kimi qidalar məqsədəuyğundur.

Metbuat.az



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar