Xəbər lenti

İcra başçısı selin fəsad törətdiyi Azad kəndində oldu, vətəndaşlarla görüşdü, mövcud problemlərlə yerində maraqlandı 0

Tarix: 01-07-2023 10:45     Baxış: 2 408

Goranboyda icra başçısı  selin fəsad  törətdiyi Azad kəndində oldu, vətəndaşlarla görüşdü, mövcud problemlərlə yerində maraqlandı.

30.06.2023-cü il  tarixdə, axşam saatlarında Goranboy rayonu  ərazisində leysan yağışları nəticəsində yaranan  sel  suları rayonun  Nizami kəndində 35,0 ha,  Dəyirmanlar  kəndində 15,0 ha  əkin sahələrinə və 57 ev təsərrüfatı olan Azad  kəndinin  bütün həyətyanı  və  20,0 ha əkin sahəsinə,  110 şagird yerlik  Dəyirmanlar kənd  tam orta  məktəbinin binasına  ziyan vurmuşdur.   Azad  kəndi, bütünlüklə  sel altında qalmış, Kürəkçay, Gorançay  və  Qaraçay çaylarında  suyun  səviyyəsi  xeyli artmışdır.

Bununla bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gecə saatlarından ərazidə olmuş, müvafiq texnikaları əraziyə cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində operativ olaraq  zəruri tədbirlər görülmüşdür.

Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, selin daha çox ziyan vurduğu Azad kəndində oldu, vətəndaşlarla görüşdü, mövcud problemlərlə yerində maraqlandı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar