Goranboyda şəhid ailələrəinə Qurban bayramı münasibətilə bayram sovqatı təqdim edilib 0
Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, şöbə müdiri Şaiq Qəmbərli, Həmkarlar İttifaqı Konfedrasiyasının Goranboy rayon komitəsinin sədri Fizuli Almuradov və aparatın məsul şəxsləri İcra Başçısı cənab Məhərrəm Quliyevin göstərişi ilə Qurban bayramı ərəfəsində rayon ərazisində yaşayan Birinci Qarabağ müharibəsi və Vətən müharibəsinin şəhid ailələrini, Qaziləri eyni zamanda imtiyazlı ailələri ziyarət ediblər.
Mubarizciler.az xəbər verir ki, Şəhid ailələri ilə görüş zamanı Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, aidiyyəti dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə mütəmadi olaraq yaxından maraqlanırlar. Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bütün ölkə ictimaiyyəti tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Sosial ədalət və Tanrıya sonsuz inam rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə onları təbrik edərək, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində parlaq qələbənin qazanılmasını xüsusi vurğulayaraq bildirib ki, müqəddəs savaşda tarixi Qələbə, şübhəsiz, ilk növbədə bu yolda canından-qanından keçən, hər addımında bütün varlığı ilə doğma torpağına bağlı olduğunu sübut edən igid Azərbaycan əsgərinin şücaəti hesabına əldə olunub. Şəhid ailələri və qazilərimiz daim diqqət və qayğı ilə əhatə olunmalıdır və həmişə belə olacaqdır.
Ziyarət zamanı şəhid ailələrəinə Qurban bayramı münasibətilə bayram sovqatı təqdim edilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Elçin Tağıyev
İlhamə Qasımova
Xəbəri paylaş