Xəbər lenti

Boksçumuz erməni rəqibinə qalib gəldi 0

Tarix: 28-06-2023 19:36     Baxış: 2 541

Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışların dörddəbir final mərhələsinə start verilib. Yarımfinala gedən yolda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Murad Allahverdiyev çıxıb.

Mubarizciler.az xəbər verir ki, yarışda 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Hambardzum Hakobyanla (Ermənistan) üz-üzə gəlib.

Görüş boksçumuzun aşkar üstünlüyü şəraitində keçib. Hər 3 raundu xeyrinə bitirən Murad yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib və mərhələ adlayıb.

O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. M.Allahverdiyev yarışda “dördlüy”ə yüksəldiyi üçün həm də “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ilk vəsiqəsi olub.

Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Murad yarımfinalda Qabriyel Veoçiçlə (Xorvatiya) qarşılaşacaq. Görüş iyunun 30-da olacaq.

Qeyd edək ki, bu gün daha 3 boksçumuz dörddəbir final döyüşünə çıxacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Amina Zidanilə (Fransa), Sərxan Əliyev (71 kq) Makan-Vie Traore (Fransa) ilə və Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gələcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar