Azərbaycan SSR-nin Daxili İşlər naziri, general-leytenant Arif Heydərovun doğum günüdür 0

28 iyun 1970-1978-ci illərdə Azərbaycan SSR-nin Daxili İşlər naziri, general-leytenant Arif Heydərovun doğum günüdür.
Mubarizciler.az xatırladır ki, Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir.
Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944-1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945-1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. 1967-1970-ci illərdə Türkiyədə konsul, 1970-1978-ci illərdə Azərbaycan SSR Daxili İşlər Naziri işləyib. Azərbaycan SSR Ali Sovetinin deputatı idi.
Alman, ingilis, türk, fars dillərini bilirdi. SSRİ-nin Qırmızı Bayraq, "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunmuşdu.
Arif Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilib.
Adına Bakıda tanker, küçə, hospital və məktəb vardır.
Xəbəri paylaş

| « Noyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | ||||||







































0772703001 