Xəbər lenti

Deputat şəhid ailəsi ilə görüşüb - FOTO 0

Tarix: 23-06-2023 14:29     Baxış: 3 689


Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Qarqucaq kəndində şəhid Aslanov Rəşadın ailəsinin üzvləri ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, görüşdə rayon ağsaqqalları və ziyalıları, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailəsinin üzvləri iştirak edib. Deputat görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələləri nəzarətə götürüb.

Anar Məmmədov diqqətə çatdırıb ki, şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə və qazilərə qayğı hamımızın vətəndaşlıq borcudur. Xalqımız heç zaman Vətən müharibəsi şəhidlərini unutmayacaq, onların ailələrini və qazilərimizi hər zaman uca tutacaq.

Sonda deputat şəhid ailəsinin üzvlərini qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar