Xəbər lenti

İcra başçısı Söyüdlüyə gedib sakinlərlə görüşdü - Foto 0

Tarix: 21-06-2023 13:24     Baxış: 2 177

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Söyüdlü kəndi ərazisində yeni süni gölün tikintisinə etiraz edən sakinlərlə görüşüb.

Mubarizciler.az xəbər verir ki, icra başçısı kəndə gedərək sakinlərlə söhbət aparıb.

Orxan Mürsəlov jurnalistlərə bildirib ki, gölün suyunun zəhərli olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib: “Bu məsələyə mütəxəssislər rəy verə bilər, müvafiq nümunələr götürülərək yoxlanılacaq. Biz də aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, məsələ qaldırmışıq ki, gölün suyunun tərkibi yoxlanılsın”.

İcra başçısı Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılması, uşaqların əlil doğulması kimi məlumatların həqiqətə uyğun olmadığını bildirib.

O həmçinin qeyd edib ki, göl fəaliyyətini başa vurduqdan sonra üzəri torpaqla örtüləcək və ərazi əvvəlki vəziyyətinə qaytarılacaq.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar