Xəbər lenti
Dünən, 15:45
 

Mübariz Mənsimov atasının dəfnində iştirak edə bilməyəcək 0

Tarix: 20-06-2023 19:23     Baxış: 2 723

“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək. 

Mubarizciler.az xəbər verir ki, bunu şirkətin sözçüsü Fidan Quliyeva feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir.

Qeyd edək ki, Mübariz Mənsimovun atası bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M. Mənsimovun 2021-ci ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.

İş adamı həmin ilin iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar