Xəbər lenti

"Biz bir komandayıq" adlı təlim-seminar təşkil olunmuşdur - FOTO 0

Tarix: 19-06-2023 18:53     Baxış: 3 178

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə "Biz bir komandayıq" adlı təlim-seminar təşkil olunmuşdur. 

Mubarizciler.az-ın məlumatına görə, Təlimin məqsədi bağçalarla əməkdaşlığın gücləndirilməsi, uşaqların yaş dövrünə müvafiq bacarıqların inkişaf etdirilməsi üçün fəaliyyətin planlanması və valideyn məmnuniyyətinin təmin olunması olmuşdur.

Təlimlər açıq havada, səmimi və yaradıcı mühitdə Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova, ADPU Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, 

Kommunikasiyalar üzrə beynəlxalq konsultant Süheyla Cəfərova və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin iştirakı ilə baş tutmuşdur. 

Təlim müddətində hər bir spiker iştirakçılarla nəzəriyyələrə istinad edilən praktik təcrübələrini bölüşərək onların özünüinkişaf proqramını qurmaq məqsədilə mənbəə və istiqamətlər verdi. Təlim bütün iştirakçılara xoş təəssürat bağışladı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar