Xəbər lenti
Dünən, 15:45
 

Mübariz Mənsimovdan atası ilə bağlı təsirli paylaşım - Foto 0

Tarix: 18-06-2023 23:50     Baxış: 2 429

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov atası ilə bağlı təsirli paylaşım edib.

Mubarizciler.az  xəbər verir ki, M. Mənsimov bunu sosial media hesabında paylaşıb.

O, “Atalar günü” münasibətilə atasını təbrik edərək, onun barəsində təsirli sözlər yazıb.

Sözügedən paylaşımı təqdim edirik:

"Sənin əlini sıxıb, üzündən öpüb, səni qucaqlayıb bağrıma basaraq bugünkü "Atalar günü" münasibətilə təbrik etmək istərdim. Sən mənə həyat vermisən, sən mənə həyatda kişi kimi yaşamağı, haqqı nahaqqa verməməyi öyrətmisən. Övlad kimi, insan kimi nə əldə etmişəmsə, hamısı sənin zəhmətinin bəhrəsidir. Amma mən bu sözləri yazmaq yox, sənin nurlu üzünə demək istəyirəm. Səni "Atalar günü" münasibətilə təbrik edərkən sənin zəhmətdən qabar bağlayan əllərindən öpmək istəyirəm. Sənin timsalında bütün ataları təbrik edirəm. Yalnız bir arzum var hər kəsə: atalarınızın qədrini sağlıqlarında bilin".








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar