Xəbər lenti

Gəncə və Naftalanda subasmanın fəsadları belə aradan qaldırıldı - Video 0

Tarix: 18-06-2023 21:18     Baxış: 1 736

Ölkə ərazisində davam edən qeyri-sabit və yağmurlu hava şəraiti bir sıra fəsadlara səbəb olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Gəncə şəhərinin "Yeni məhəllə" adlanan ərazisində fərdi yaşayış evinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bununla əlaqədar dərhal əraziyə cəlb edilən FHN Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bundan əlavə, FHN-in “112" qaynar telefon xəttinə daxil olmuş müraciət əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan Şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən Naftalan şəhərində su basmış ərazidən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar