Xəbər lenti
Dünən, 15:45
 

SON DƏQİQƏ: Partlayış nəticəsində 5 nəfər xəsarət aldı - Video 0

Tarix: 18-06-2023 20:55     Baxış: 1 911

Bu gün Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində vətəndaşa məxsus qarajda yanğınla nəticələnən partlayış olub. 

Bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğluna məxsus ümumi sahəsi 30 m² olan qarajda yanğınla nəticələnən partlayışın baş verib. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğlu, 1986-cı il təvəllüdlü Şükürov Bünyamin Şükür oğlu, 2004-cü il təvəllüdlü Əzizov Nicat İlqar oğlu, 2013-cü il təvəllüdlü Şükürov Sərdar Bünyamin oğlu və 2015-ci il təvəllüdlü Vəliyev Mövlud Kamal oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Yanğınsöndürənlər tərəfindən, həmçinin hadisə yerində digər zəruri təhlükəsizlik tədbirləri görülüb.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar