Xəbər lenti

İlham Əliyevin hədiyyə etdiyi xalça onun iş otağını bəzəyir - Foto 0

Tarix: 18-06-2023 15:50     Baxış: 1 393

İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “The Jerusalem Post” qəzeti İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb.

Mubarizciler.az-ın  məlumatına görə, məqalədə qeyd olunub ki, mənəvi əhəmiyyəti böyük olan iri toxunmuş ipək xalça Hersoqun öz şəxsi otağını bəzəyir.

Məqalədə deyilir: “Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Hersoqa dərin təşəkkürünü bildirib, şərəf və ehtiram əlaməti olaraq ona gözəl toxunmuş xalça hədiyyə edib. İsrail Azərbaycanla bir neçə ildir müxtəlif səviyyələrdə sıx əlaqələrə malikdir. Ziyarət edən dövlət başçıları və digər nüfuzlu şəxslər Hersoqla təkbətək görüşən zaman xalçaya baxmaq imkanı əldə edəcəklər”.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar