Xəbər lenti
Dünən, 15:45
 

Zülfüqar Hüseynzadə Kəlbəcərə buna görə gedibmiş... 0

Tarix: 18-06-2023 14:18     Baxış: 2 471

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər saatlarında Kəlbəcərdə vəfat edib.

Məsələ burasındadır ki, 52 yaşlı jurnalistin nənəsi 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşən zaman vəfat edib. Qadın qaçaqaç məqamında dəfn edildiyi üçün, onun məzarına hər hansı nişan qoyulmayıb.

Yalnız Kəlbəcər işğaldan azad olunandan sonra Zülfüqar Hüseynzadə nənəsinin məzarını tapmaq qərarına gəlib. O, ötən il bununla bağlı Prezident Administirasiyasına icazə üçün müraciət edib və müsbət cavab alıb.

Lakin ötən il hava şəraiti səbəbiylə qadının məzarını tapmaq mümkün olmayıb. Jurnalist bu məqsədlə yenidən ailə üzvləri ilə birgə bu il Kəlbəcərə yollanıb. Hətta aidiyyəti dövlət qurumları tərəfindən media nümayəndəsinə texnika baxımından da dəstək olunub. Onlar 4 gün ərzində qadının qəbiristanlıq olmayan ərazidəki məzarını tapıb geri dönməliydilər.

Lakin Zülfüqar Hüseynzadənin anidən şəkəri yüksəlib. Jurnalist yaxınlıqdakı hərbi hospitala aparılsa da, yolda keçinib.

Allah rəhmət eləsin!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar