Mübariz İbrahimovun şəhadətindən 13 il ötür 0

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhidliyindən 13 il ötür.
Mubarizciler.az xəbər verir ki, M.İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib.
Həqiqi hərbi xidmətini 2007-ci ildə başa vurub. 2009-cu ildə gizir rütbəsi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə başlayıb.
2010-cu il iyunun 18-də gecə saat 23 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, müxtəlif təxribatlar törədən Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib. O qısa zaman ərzində düşmənin bir neçə sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, 5 saat döyüşüb. Ermənistan ordusu çox çətinliklə, yalnız səhər saatlarında Mübariz İbrahimovun qarşısını ala bilib
Xəbəri paylaş

| « Noyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | ||||||







































0772703001 