Xəbər lenti

Azərbaycanın iki sərbəst güləşçisi erməni rəqiblərinə qalib gələrək Avropa çempionu olub - YENİLƏNİB + FOTO 0

Tarix: 18-06-2023 00:07     Baxış: 1 862


Azərbaycanın daha bir sərbəst güləşçisi Yusif Dursunov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və ikinci dəfə Avropa çempionu olub.

Bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçimiz Hacı Kərimov finalda ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb. Camal Abbasov isə türkiyəli rəqibi Vahid Yılmaza 10:0 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.

21:35

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub. 

Bu barədə Azərbaycan Güləş Federasiyasının yaydığı məlumatda deyilir.

Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.  Camal Abbasov isə türkiyəli rəqibi Vahid Yılmaza 10:0 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada keçirilən qitə birinciliyində ölkəmizi Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Seyhun Əlizadə (51 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), Şeyxəli Babazadə (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edir.

Məsul yarış iyunun 18-dək davam edəcək.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar