Xəbər lenti

Gənc Müəllimlərin III Forumu keçirilib - VİDEO 0

Tarix: 17-06-2023 17:40     Baxış: 1 848

İyunun 17-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Gənc Müəllimlərin III Forumu keçirilib.

Mubarizciler.az xəbər verir ki, forumda elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, ölkəmizin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın gənc müəllim və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə assosiasiya haqqında məlumat verib. Sonra AGMA-nın fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Elm və təhsil naziri Emin Əmrullayev son illərdə müəllimlik peşəsinə marağın artdığını və müəllimlərin peşəkarlığının yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb. Emin Əmrullayev təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması və istedadlı gənc müəllimlərin potensialının aşkar olunmasına imkan yaradan bu cür tədbirləri təqdirəlayiq hesab edib.

Nazir həmçinin, təhsilverənlərin sertifikatlaşdırılmasına diqqət çəkib, bu prosesin peşəkar bacarıqların ölçülməsi ilə yanaşı, həm də əməkhaqqı islahatı olduğunu bildirib.

Bununla yanaşı, yüksək bal toplayan müəllimlərin metodik xidmətə cəlb olunacağını və nəticələrin gələcəkdə məktəb rəhbəri seçimində əsas göstərici hesab ediləcəyini bildirib.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov gənclərimizin könüllülük fəaliyyəti, həyata keçirilən layihələr, gənc nəslin müasir dünya gəncliyinə inteqrasiyası, gənclərlə iş sahəsində birgə əməkdaşlıq mövzuları ətrafında çıxış edib.

Forum Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifası ilə davam etdirilib.

Tədbir gənc müəllimlər üçün təşkil edilən təlimlərlə başa çatıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar