Xəbər lenti

Penitensiar sahədə çalışmaq olduqca çox şərəfli və çətin peşədir 0

Tarix: 16-06-2023 20:10     Baxış: 1 946

PEŞƏKARLIĞI VƏ QAYĞIKEŞLİYİ İLƏ SEÇİLƏN NÜFUZLU ƏDLİYYƏ ƏMƏKDAŞI,  HUMANİST, QAYĞIKEŞ NÜFUZLU İDARƏ RƏİSİ ! 

   Penitensiar sahədə çalışmaq olduqca çox şərəfli və çətin peşədir. Şərəfli və çətin peşənin öhdəsindən layiqincə gələ bilən ədliyyə polkovniki Cənab Mirsaleh Seyidov idarəçilikdə xüsusi ilə fərqlənən, böyük nüfuzu olan idarə rəisidir.

  İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Çox hörmətli Mirsaleh müəllim vətəni, dövləti , xalqı uğrunda tər tökən əqidə adamıdır. 

 Müdriklər demişkən:   " xalq, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. 

  Cənab Mirsaleh Seyidov kimi nüfuzlu ziyalılar öz xalqının, millətinin mənəvi siması, genefondudur desəm səhf etmərəm. 

  Gələcəyə nikbin baxıram. Ona görə ki, çox hörmətli Mirsaleh müəllim kimi ədliyyə sistemində, penitensiar sahədə  Peşəkarlığı və qayğıkeşliyi ilə seçilən nüfuzlu idarə rəisi çalışır. 

  Mirsaleh müəllim işin müqəddəsliyini qoruyub saxlayır, köməklik etdiyi, dəstək olduğu hər kəsin rəğbətini qazanır. 

  Mirsaleh müəllim Ulu öndər, dahi şəxsiyyət ölməz lider Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən tutduğu vəzifədən asılı olmayaraq Möhtərəm Cənab Prezident İlham Əliyevin tapşırıqlarına riayət edən, dövlətinə, millətinə, xalqına, ən əsası Möhtərəm Cənab Prezidentinə sadiq nüfuzlu idarə rəisidir.

  Heç bir qüvvə Mirsaleh müəllimi heç vaxt əqidəsindən döndərə bilməz. Mirsaleh müəllim böyük müəllimi və idealı olan Ulu öndər, dahi şəxsiyyət ölməz lider Heydər Əliyev kimi layiqli insanlara, tabeliyində olan, işini bacaran işçilərinə dəyər verməkdən zövq alır. İnsanlara maksimum diqqət və qayğı ilə yanaşır, onların problemlərini həll edərək, dövlətimizə, Cənab Prezidentimizə olan inamını artırır.

  Mirsaleh müəllimə etibar edilən bütün postlarda, vəzifələrdə özünü doğruldub. Mirsaleh müəllimə dövlətimizə, xalqımıza şərəfli xidmətlərində, dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayıram! 

  Mirsaleh müəllim mənə  azadlıqdan müəyyən müddətə məhrum edilərək cəza çəkdiyim illərdə çoxlu köməkliklər göstərərək HUMANİZM PRİNSİPLƏRİNƏ ƏSASLANARAQ problemlərimin həll olunmasında köməklik göstərmişdir. Mən ömrümboyu çox hörmətli Mirsaleh müəllimə minnətdaram, borcluyam. Allah qorusun! Amin! 

  Çox hörmətli Mirsaleh müəllim başda olmaqla rəhbərlik etdiyi idarənin hər bir əməkdaşlarını qarşıdan gələn MÜQƏDDƏS QURBAN BAYRAMI münasibətilə səmimi qəlbdən TƏBRİK edirəm, Allahtaladan kəsilən qurbanların qəbul olunmasını arzulayıram! 

Hörmətlə,

  Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu

  TARİX: 14 iyun 2023- cü il

    Əlaqə tel: 0705851615



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar