Xəbər lenti

“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir 0

Tarix: 16-06-2023 12:32     Baxış: 2 611

“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.

İyun ayının 17-də saat 10:00-da “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək. Bu barədə məlumat imtahanda iştirak hüququ yaranmış şəxslərin mobil əlaqə nömrələrinə göndərilib.

Mubarizciler.az-ın məlumatına görə, İmtahan Gəncə şəhər 28 ömrəli tam orta məktəbdə keçiriləcək.

Müsabiqədə iştirak üçün 474 nəfər namizəd qeydiyatdan keçmişdir. Test imtahanı mərhələsində isə 451 nəfər namizəd iştirak hüququ qazanıb.

Test imtahanında namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunacaq.

Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkar etmək, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində  idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar