Xəbər lenti
18-11-2024, 12:06
 

İlqar Məhərrəmov: Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib 0

Tarix: 16-06-2023 00:49     Baxış: 2 534

Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib.

Hər bir xalqın tarixində xilaskar rolunu oynayan dahi insanlar vardır. Həmin o dahi insanlar öz xalqını arxasınca aparıb, yüksək zirvələr fəth etmişlər. Gedilən yolda çətin məqamlar da olurdu və həmin məqamlarda bütün yükləri öz çiyinlərinə götürərək xalqını canı bahasına qorumağa çalışıblar. Ümummilli liderimiz Heydər Əliyev də həmin dahi insanlardan biri idi. O, dünya tarixində silinməz izlər qoymuşdur. Ulu Öndərin canı bahasına Azərbaycanına, xalqına göstərdiyi xidmətlər bu gün də unudulmamaqdır. Biz bu gün də fəxrlə deyə bilərik ki, Azərbaycan adı çəkiləndə Heydər Əliyev yada düşür, Heydər Əliyev deyən zaman isə göz önünə Azərbaycan gəlir. Hər birimiz üçün bu qürur mənbəyidir. Dahi şəxsiyyət hər zaman belə deyərdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.”

1993-cü ilin iyun ayına qədər olan dövrü, yaşananları – qardaş qırğınını, xaosu, darmadağın edilən Azərbaycanın vəziyyətini o dövrdə yaşayanlar canlı olaraq görüblər, gənc nəsil isə tariximizi oxuyaraq, atalarından, babalarından eşidərək öyrəniblər. 1993-cü ilin 15 iyununda məhz Ulu Öndərimiz hakimiyyətə gəldi və onun sayəsində Azərbaycanımız silkindi özünə gəldi, dirçəldi. Həmin gün Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Həmin gün tarixə Milli Qurtuluş günü kimi həkk oldu.  Heydər Əliyevin yorulmaz fəaliyyəti ilə ölkəmiz iqtisadi uğurlara imza atdı, Azərbaycanın müstəqilliyi dünya ölkələri tərəfindən qəbul edildi, diplomatik, siyasi münasibətlərin əsası qoyuldu. Azərbaycanımız yoxdan var oldu. Bir sözlə, Azərbaycan dünyaya günəş kimi doğdu. Məhz həmin gün tariximizin ən önəmli hadisəsi kimi  qeyd olunur. Bu gün biz bu önəmli hadisəni Qalib ölkənin Qalib vətəndaşları olaraq qeyd edirik. Qalib ölkə olaraq qeyd etdiyin Milli Qurtuluş günün mübarək Azərbaycan!

Ulu Öndər daim xalqının qəlbində əbədiyaşardır. Nə qədər Azərbaycan varsa, Heydər Əliyev də var olacaqdır. Biz xoşbəxt xalqıq, çünki, bizim Heydər Əliyev kimi dahiyanə şəxsiyyətimiz vardır. Ulu Öndərimizin ən böyük arzusu canından çox sevdiyi Vətənini, Azərbaycanını bütöv görmək idi. Bəli bu gün o arzu gerçəkləşib. Bu gün biz bütöv Azərbaycanın vətəndaşlarıyıq. Ali Baş Komandanımız atasının açdığı tarixi cığırla irəliləyərək 44 gün ərzində xalq-ordu birliyi ilə Qarabağımızı işğaldan azad etməklə Azərbaycanı bir daha dünyaya tanıtmaqla bərabər adını tarixə yazdırdı. Cənab Prezidentimiz İlham Əliyev atasının arzusunu reallaşdıran övlad olaraq çox xoşbəxtdir. Məhz Qələbənin tamamilə qazanılması xəbərini də xalqına Ulu Öndərin məzarı önündə çatdırdı.

Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil Azərbaycan dövləti adı tariximizə qızıl hərflərlə həkk olunmuş Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bundan sonra da Ulu Öndərin müəyyənləşdirdiyi siyasi yolla inkişaf edən Azərbaycanımız Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq.


İlqar Məhərrəmov

Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar