Xəbər lenti

Emin Əmrullayev Naxçıvanda “Son zəng” tədbirində - Fotolar 0

Tarix: 14-06-2023 15:39     Baxış: 1 911

İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhəri Heydər Əliyev adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib. 

Elm və Təhsil Nazirliyindən (ETN) verilən məlumata görə, nazir emin Əmrullayev “Son zəng” tədbirinin Naxçıvanda ulu öndərin adını daşıyan məktəbdə keçirilməsinin əhəmiyyətini qeyd edib.

2022-2023-cü tədris ilinə Ağalı kənd tam orta məktəbində ilk zənglə başlanıldığını xatırladan Emin Əmrullayev tədris ili çərçivəsində Talış və Suqovuşan kənd tam orta məktəblərinin də istifadəyə verilməsini qürurverici hadisə olaraq qiymətləndirib. 

Məzunları təbrik edən elm və təhsil naziri təkcə akademik nailiyyətlərə deyil, həm də vətəndaş dəyərlərinə malik olmağın vacibliyini bildirib. 

E.Əmrullayev eləcə də, sosial şəbəkə hesabından bütün məzunlara təbrik ünvanlayıb:

“Gününüz mübarək, əziz məzunlar”.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində ölkə üzrə 98 649 nəfər XI sinfi bitirir. Onlardan 3 166 nəfəri Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən məzun olur.














Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar