Xəbər lenti
Dünən, 15:45
 

Qəbələ Rayon Prokurorluğunun yeni binasının açılışı oldu 0

Tarix: 14-06-2023 15:36     Baxış: 2 674

Bu gün Qəbələdə Rayon Prokurorluğunun yeni inzibati binasının açılışı olub.

Mubarizciler.az  xəbər verir ki, açılış mərasimində iştirak etmək üçün Baş prokuror Kamran Əliyev Qəbələyə səfər edib. O, açılış mərasimindən öncə Heydər Əliyevin Qəbələ şəhərində yerləşən abidəsini ziyarət edib.

Açılışdan sonra Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında yeni binanın açılışı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müstəsna qayğısı ilə ərsəyə gəlib: "Qəbələ Rayon Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, eyni zamanda 15 iyun - Milli Qurtuluş Günü ərəfəsinə təsadüf edir.”

Binanın texniki xarakteristikası ilə bağlı Baş prokurorun müavini bildirib ki, 2 mərtəbəli yeni inzibati bina müasir arxitektura stilistikasında inşa edilib. Ən müasir texnika və informasiya kommunikasiya sistemləri ilə təchiz olunub: “Belə ki, prokurorluğun bütün  fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya Sisteminin quraşdırılması təmin edilib,  bunun üçün bina ən müasir rəqəmsal avadanlıqlar, kommunikasiya sistemləri, ip telefoniya qurğuları və digər texniki chazlarla ilə təchiz olunub”.

Qeyd edək ki, açılış mərasimindən sonra Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasın keçirilməsi nəzərdə tutulub.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar