Goranboyda “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib - FOTO 0
12 iyun 2023-cü il tarixində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.
Keçirilən tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Səfikürd, Məşədiqaralar və Borsunlu Mədəniyyət Evləri, Veyisli, Eyvazlılar,Nadirkənd,Kələk, Şıxlar, Həmənli, Gülməmmədli, Qırıxlı, Qarasuçu, Alpout, Qurbanzadə, Şəhər 1 saylı və Şəhər 2 saylı Klublarının rəhbərləri və ictimaiyyət nümayəndələri,şagirdlər iştirak edirdilər.
Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları ilk öncə Goranboy rayonunun mərkəzində ucaldılmış Ulu Öndərin abidəsi önünə qərənfillər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbir iştrakçıları Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən foto-şəkillərə baxış keçirildi.
Tədbir Goranboy rayon ərazisində fəaliyyət göstərən Bayraq Muzeyində davam etdirildi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan Mədəniyyət işçisi Elçin Tağıyev Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi.
Bildirdi ki, 30 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindədir deyə E. Tağıyev vurğulamışdır.
Tədbirdə çıxış edən Goranboy rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev 1993-cü il 15 iyun tarixini qayıdış günü kimi qiymətləndirdi.
Qeyd olundu ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyevin yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü.
Goranboy Şəhər 1 saylı Sənətkarlıq Klubunun direktoru Nazile Kazimova çıxış edərək bildirdi ki, məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
Goranboy şəhər 2 saylı tam orta məktəbin müəllimi tarixçi İlhamə Qasımova çıxış edərək bildirdi ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
İ. Qasımova çıxışında qeyd etdi ki, Heydər Əliyev dünya qlobal siyasət paralel və meridianlarının ekvator mərkəzi idi. Bu gün də dünyanın Ulu Öndərə ehtiyacı var.
Tədbir məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir parçaları ilə davam etdirildi.
Xəbəri paylaş



