İlham Allahverdiyevin doğum günüdür 0

İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olub. Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyib.
Fərizə Çoban qızı Allahverdiyeva 1970-ci ildə Ermənistanın Spitak rayonu Saral kəndində doğulub. Bakıda 1 nömrəli tibb məktəbinin sonuncu kurs tələbəsi olub.
Onlar 1989-cu il iyunun 30-da rəsmi qaydada toy edin evləniblər, evlilikləri cəmi 6 ay sürüb.
Yanvarın 20-si gecəsində atışma eşidən İlham küçəyə çıxıb. Sonra qonşular ilə XI Qızıl Ordu meydanına gedib. Qoşunlar şəhərə girən vaxt - saat 00.30-da qəsbkarların atdığı güllədən yaralanıb. Respublika klinik xəstəxanasına aparılıb. Gecə saat 1-də cərrahiyyə əməliyyatı başlayıb. Xəstəxananın işığı söndürüldüyündən kibrit işığında əməliyyat aparılıb. Bundan sonra İlham cəmi 30 dəqiqə yaşayıb.
Mubarizciler.az
Xəbəri paylaş

| « Noyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | ||||||







































0772703001 