Bu gün Goranboy təhsilində idman inkişaf edir 0
Şagirdlərin fiziki və mənəvi cəhətdən inkişafı üçün məktəblərdə idman dərslərinin böyük əhəmiyyəti var.
Elm hər nə qədər zehni tərbiyənin formalaşmasında böyük rol oynayırsa, idman da fiziki tərbiyə üçün əsl cövhərdir. Buna görə idmana həm də “bədən tərbiyəsi” deyirlər.
Qədim yunanlar idmanı təhsildən ayrı tutmurdular. Ona görə də təhsil ocaqlarına gimnaziya adını verirdilər. Gimnastika ilə gimnaziya eyni kökdən yaranıb.
İdmanla , bilik , təhsil yanaşı addımlamalıdır.
Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri Xayal Mammadov təyin olunduğu gündən məktəblərdə idman dərslərinin keçirilməsinə xüsusi diqqət göstərir.
Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi və şagirdlər arasında idmana maraq artırmaq üçün məktəblər arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil edilir. Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə məktəblilər arasından potensiallı idmançıları üzə çıxarmaq, onların təhsil almaları ilə yanaşı, peşəkar idmançı kimi yetişməsinə hər cür şərait yaradır .
Bu gün Goranboy təhsilində idman inkişaf edir.
Xəbəri paylaş