Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboy rayonunda kənd təsərrüfatında mövsümi işlər uğurla icra olunur - FOTO 0

Tarix: 10-06-2023 10:35     Baxış: 2 086

Goranboy rayonunda kənd təsərrüfatında mövsümi işlər uğurla icra olunur.

Goranboy rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir və bu sahədə  bitkiçilik və heyvandarlıq sektorunun inkişafı diqqət çəkir. Rayonda cari təsərrüfat ilində  23650  hektar sahədə taxıl bitkisi, o cümlədən 15269 hektar sahədə arpa və  8381 hektar  sahədə buğda, 1970 ha günəbaxan, 417 ha dənlik qarğıdalı əkilmişdir. Cari ildə rayonun Zeyvə, Şəfəq, Qarqucaq, Qaraçinar və Yenikənd kəndlərində, ümumilikdə 8,0 hektarda tütün əkilmişdir. Hazırda rayonumuzda taxıl biçininə başlanılmış və bu günədək 1109 hektarda arpa biçini aparılmışdır. Cari məhsul ilində yüksək nəticə əldə olunacağı gözlənilir. Yaş barama qurdunun aidiyyəti qəbul məntəqələrinə təhvil verilməsi prossesi də davam etdirilir və bu günədək  3982 kq  məhsul təhvil verilmişdir. Pambıq emal müəssisələri arasında  müqavilələrin bağlanmasında cari ildə  ciddi və əsaslı problemlərl yaranmış, bu da ötən illə müqayisədə pambıq əkini sahələrinin xeyli azalmasına səbəb olmuşdur. Bu məsələ ilə bağlı, rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, “Goranboy rayonu üzrə 2023-cü ilin pambıq əkini ilə bağlı istehsalçılar və emal müəssisələri arasında bağlanmış müqavilələr və torpaq sahələrinin şumlanması vəziyyəti” barədə operativ müşavirə keçirilmişdir. Müşavirədə pambıqçılığın inkişafında mövcud vəziyyət əsaslı təhlil və müzakirə edilmiş, bununla bağlı rayon İcra Hakimiyyəti başçısı tərəfindən aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar və tövsiyyələr verilmişdir. Eyni zamanda, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə edilməli, növbəli əkin tətbiq olunmalıdır. Bundan başqa, aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrələrdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsi vacib məsələdir. Məlumat üçün bildiririk ki, rayonumuzda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC fəaliyyət göstərir. Ötən il  2526 hektar sahədən 6,8 min ton (27 sentner) pambıq yığılaraq, aidiyyəti üzrə təhvil verilmişdir. Lakin cari ilin əkini üçün 1540 hektarda səpin aparılmışdır. 2023-cü ilin müvafiq dövrü ərzində 70 ədəd texnika qeydiyyatdan, 681 ədəd texniki baxışdan keçirilmiş,  287 nəfər şəxsə yeni sürücülük vəsiqəsi verilmiş, 43 nəfərin sürücülük vəsiqəsinə yeni kateqoriya əlavə edilmiş və 151 nəfərin sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. 

Mubarizciler.az-ın məlumatına görə, Rayonda mövcud əkin sahələrinin suvarılması üçün Suvarma Sistemləri İdarəsinin balansında olan 958 ədəd subartezian quyusundan, mənbəyini Yuxarı Qarabağ kanalından götürən Borsunlu, Səfikürd, Boluslu və  Qızılhacılı nasos stansiyalarından, “Şəmkir maşın” kanalından, “Sol sahil” Tərtər kanalından, təbii su mənbələri olan Kürəkçay, Qara-Goran və İncəçay çaylarından isdifadə edilir. Dövlət Başçısının müvafiq Sərəncamı əsasında, rayon ərazisində cari ildə 31 ədəd subartezian quyusunun qazılması və 16 ədədinin bərpası nəzərdə tutulmuşdur. Rayonda əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır. Bu məqsədlə, RİH yanında yaradılmış mobil qruplar tərəfindən yerlərdə mütəmadi iclaslar keçirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar