4-cü sinif şagirdlərdə keçiriləcək monitorinqlə bağlı görüş keçirilib 0
4-cü sinif şagirdlərdə keçiriləcək monitorinqlə bağlı görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, İyunun 10-da 4-cü sinif şagirdləri üçün keçiriləcək monitorinqlərə hazırlıqla əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva ümumtəhsil məkəb direktorları və imtahan rəhbərləri ilə görüş keçirib.
Görüşdə monitorinqlərə hazırlıq və təlimatlandırma vəziyyəti müzakirə olunub, prosesin qaydalara uyğun təşkili istiqamətində tapşırıqlar verilib, imtahan rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Göygöl rayonu üzrə 1031, Goranboy rayonu üzrə 1542, Samux rayonu üzrə 893, Daşkəsən rayonu üzrə 249, Gəncə şəhəri üzrə isə 4418 nəfər olmaqla ümumillikdə isə 8325 nəfər IV sinif şagirdi monitorinqdə iştirak edəcək.
Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.
Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. Monitorinqin müddəti 120 dəqiqədir.
Xəbəri paylaş