Xəbər lenti
Dünən, 15:45
 

İmtahanda uğur qazana bilməyən şagirdlərə ikinci dəfə imtahan vermək şansı yaradılacaq 0

Tarix: 06-06-2023 21:48     Baxış: 2 457

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində X sinifdə informatika təmayüllü İT siniflərində təhsil almaq istəyən IX sinif şagirdləri üçün qəbul imtahanı təşkil olunub. 

Mubarizciler.az xəbər verir ki, Mərkəzləşdirilmiş qaydada təşkil olunan imtahanda 67 şagird iştirak edib. 90 dəqiqə müddətində davam edən imtahan "Alqoritmika" platformasında həyata keçirilib.

İmtahanda uğur qazana bilməyən şagirdlərə ikinci dəfə imtahan vermək şansı yaradılacaq. 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsinin informatika təmayüllü siniflərində oxuyan şagirdlər proqramlaşdırma dilləri üzrə praktiki bacarıqlar qazanmaq imkanı əldə edəcəklər. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə tədris ediləcək. Dərslərdə şagirdlərə Python, alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilməsi nəzərdə tutulub. Dərslər bu istiqamətlər üzrə təkmilləşdirilmiş təlim keçmiş müəllimlər tərəfindən keçiriləcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar