Xəbər lenti

Deputat Vətən müharibəsi Qazisini ziyarət edib - FOTO 0

Tarix: 03-06-2023 20:14     Baxış: 2 856

Millət Vəkili Anar Məmmədov Goranboy rayonuna səfəri zamanı Vətən müharibəsi qazisi Elmir Nəsirovu ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Bildiyimiz kimi Elmir Nəsirov Vətən müharibəsinin iştirakçısı olub. Füzuli–Xocavənd istiqamətlərində aparılan ağır döyüş əməliyyatları zamanı yaralanıb. Döyüşlərdə göstərdiyi xidmətləri ilə bağlı, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 

Elmir Nəsirov uzun müddət idi ki, YAŞAT Fondu tərəfindən qardaş Türkiyə Respublikasında müalicə alırdı. Artıq müalicəsini doğma vətənimizdə davam etdirəcək.

Qazi atası Elmar Nəsirov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını bildirib.

Deputat Anar Məmmədov  Elmir başda olmaqla, bütün qazilərimizə uca Tanrıdan uzun ömür, cansağlığı arzu edir, şəhidlərimizə rəhmət diləyib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar