Xəbər lenti

Ailələrə sevinc bəxş edən şəfalı əllər sahibi həkim mama-ginekoloqu Şəhla həkim 0

Tarix: 02-06-2023 19:41     Baxış: 3 045


Ailələrə sevinc bəxş edən şəfalı əllər sahibi həkim mama-ginekoloqu Şəhla həkim 

Ailələrə sevinc bəxş edən şəfalı əllər sahibi həkim mama-ginekoloqu Şəhla həkim


Gəncə şəhər Abbas Səhəd xəstəxanasının həkim mama-ginekoloqu Şəhla həkimin kabinetinin qarşısında həmişə xəstələr həddindən artıq çox olur. Çünki bu xəstələr təkcə Bakıdan yox, Azərbaycanın bütün bölgələrindən gələn xəstələrdir. Onların hamısı Şəhla həkimi deyib gəlirlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil həkimdir.

Onun apardığı müalicə və müayinənin dəqiq olduğu üçün ona müraciət edirlər. Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. 

Yanına gələn pasientləri hər zaman Şəhla xanima təşəkkür edir, onun əməyini yüksək qiymətləndirirlər. Onun bacarıqlı həkim olmasından danışılır, qayğıkeşliyi üçün ona minnətdar olduqlarını bildirirlər. Analara isti körpə dünyası bağışlanılmasına səbəb olan Şəhla həkim. Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, körpə qığıltısı, körpə nəfəsi bəxş edilməsinə səbəb olan Şəhla xanıma bütün anaların dilindən Allahdan sevinc, sevgi payı diləyirəm.

Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın.

Redaksiyamız adından Şəhla xanıma təşəkkür edir, ona gələcək işlərində uğur və nailiyyətlər arzu edirik. Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun Şəhla xanım!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar