Xəbər lenti

Nazir İsmayıllı şəhəri 6 nömrəli məktəbdə oldu - Fotolar 0

Tarix: 27-05-2023 16:50     Baxış: 1 855

Elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbi ziyarət edib. 

Mubarizciler.az xəbər verir ki, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib. 

Bildirilib ki, Natiq Behdiyev adına İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəb 720 şagird yerlikdir. 2021-ci ildə istifadəyə verilən yeni məktəb binası üçmərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Tədris ocağında 752 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə isə 54 müəllim məşğul olur. 

Emin Əmrullayev daha sonra məktəbin olimpiada və buraxılış imtahanlarında uğur qazanmış şagirdləri, eləcə də ulu öndərin 100 illik yubileyinə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi ilə görüşüb.

Məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzində yaradılmış şəraitlə də tanış olan Emin Əmrullayev pedaqoji kollektivə və şagirdlərə uğurlar arzulayıb.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar