Xəbər lenti
2-09-2026, 15:00
 

Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyini ziyarət ediblər 0

Tarix: 24-05-2023 21:23     Baxış: 1 673

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyini ziyarət ediblər.

Görüşdə Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl, AK Parti millət vəkili Kemal Çelik, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova çıxış edərək bu dərnəyin Azərbaycanın milli adət-ənənələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi, xalqımızın Ümumilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyası əsasında iki qardaş xalq arasında mövcud yüksək əlaqələrə töhfə verdiyini vurğulayıblar.

Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin bundan sonra daha da dərinləşməsi və inkişaf etdirilməsi istiqamətində səylərin artırılacağı ifadə edilib.

Sonda xatirə şəkli çəkdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar