Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda Şəhid övladının doğum günü qeyd edildi - FOTO 0

Tarix: 24-05-2023 13:22     Baxış: 2 317

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Kamandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı.
Bu, o Vətən müharibəsi oldu ki, Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi ilə nəticələndi.
Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi.
Goranboy rayon Muzdurlar kənd sakini, Əlövsət Əli oğlu Məmmədov da 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır.
Bu gün igid Vətən oğlunun övladı Mətin Məmmədlinin doğum günüdür.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Vətən müharibəsinin şəhidi Əlövsət Əli oğlu Məmmədovun  övladının doğum gününü də unutmadı.
Bu gün doğum gününü qeyd edən Mətin balamızı tək qoymadı, öz ənənəsinə sadiq qalaraq şəhid övladının ad gününü təbrik etdi.
Mubarizciler.az xəbər verir ki, Rayon rəhbərliyinin tapşırığına əsasən Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva, Goranboy şəhər sakini, Mubarizciler.az xəbər portalının təsisçisi, ziyalı İlhamə Qasımova, Mədəniyyət işçisi, İctimai-fəal, daim Şəhid və Qazi ailələrini ziyarət edən Elçin Tağıyev Muzdurlar kəndində şəhidimizin evində olub, övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər.
Şəhidimizin ilk övladı olan Mətin balamıza hədiyyələrini təqdim edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Rəsmilər cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Mayor Əlövsət Məmmədov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də var olacağı qeyd edilib. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edilib.
İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi igidlikdən söz açan rəsmilər övladının da atasının adına layiq oğul olmasını tövsiyə edib. Bu gün Mayor Əlövsət Məmmədovla təkcə Goranboylular deyil, bütöv Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu söyləyib. Fəxr yerimiz olan şəhidlərimizin ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin borcu və vəzifəsi olduğunu vurğulayıb. Ölkə başçısının müvafiq Fərmanı ilə rəhbəri olduğu yeni yaradılan şöbədə də şəhidlərimizin, qazilərimizin qayğılarının öyrənilməsinə, onları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılacağını qeyd edib.
Şəhidimizin həyat yoldaşı Rahinə Məmmədova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Övladının doğum günündə onu tək qoymadıqları və təbrik etdikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Ömür-gün yoldaşının xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Əlövsət Məmmədovun simsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Elçin Tağıyev.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar