Xəbər lenti

Azərbaycanda yeni milli parklar YARADILIR 0

Tarix: 23-05-2023 16:07     Baxış: 2 156

Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala-Balakən Biosfer Rezervatının, həmçinin əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx (Alazan) çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən ərazilərdə, həmçinin Qax Dövlət Təbiət Yasaqlığı və İlisu Dövlət Təbiət qoruğunun bazasında yeni milli parkların yaradılması işlərinə başlanılıb.

Mubarizciler.az-ın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Bioloji müxtəlifliyin qorunması" mövzusunda konfransda çıxışı zamanı bildirib.

“Bioloji müxtəlifliyin qorunması istiqamətində regional və qlobal səviyyədə əməkdaşlığa xüsusi önəm verilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bioloji müxtəlifliyin mühafizəsi istiqamətində qəbul edilmiş bütün konvensiyalara qoşulmuş və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət olan xüsusi mühafizə olunan təbiət ərazilərimiz ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır”,- deyə nazir əlavə edib



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar