Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr keçirilib 0
Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr
Mubarizciler.az xəbər verir ki, Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir.
Müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.
Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq.
Müsahibə nəticəsi məqbul olmayan uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.
Gəncə-Daşkəsən Regional Təhsi İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 2 mərkəzdə 2 Müsahibə komissiyası fəaliyyət göstərir.
Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirilir.
Müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.
Qeyd edək ki, müsahibə üçün qeydiyyatın 31 may 2023-cü il saat 18:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələr 9 iyun 2023-ci il tarixinədək davam edəcək.
Xəbəri paylaş