Xəbər lenti

Azərbaycanda nazir və müavini işdən ÇIXARILDI 0

Tarix: 20-05-2023 16:56     Baxış: 1 253

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, Bədəl Həsənovun isə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

Mubarizciler.az xəbər verir ki, digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim edəcəklər.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin idarə heyəti sədrinin müavini postunu tutub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar