Xəbər lenti
28-05-2023, 18:25
 

Goranboyda Mini Park sakinlərin istifadəsinə verildi

Tarix: 20-05-2023 12:31     Baxış: 763

Goranboy şəhərində, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı, bələdiyyə tərəfindən yeni salınan Mini Park sakinlərin istifadəsinə verildi.

Goranboy rayonunun bütün yaşayış məntəqələrində, o cümlədən Goranboy  şəhərində son illərdə geniş vüsət alan əsaslı tikinti, quruculuq, bərpa və abadlıq işləri rayonumuzun simasına müasirlik gətirməklə yanaşı, həm də rayon sakinlərinin zövqünü oxşayır. Xüsusən də, Goranboy şəhəri ərazisində  Park, Xiyaban,  küçə və səkilərin abadlaşdırılması, yeni ağac və gül kollarının əkilməsi, küçələrə yeni asfalt örtüyünün salınması və gecə işıqlandırılmasının qurulması şəhər ictimaiyyəti və şəhərə gələn qonaqlar tərəfindən yüksək dəyərləndirilir. Ötən hesabat ilində  Goranboy şəhərinin 19 küçəsində əsaslı abadlıq-quruculuq, yenidənqurma  işləri həyata keçirilmiş, küçələrə yeni asfalt salınmış, gecə işıqlandırılması təmin edilmişdir. Cari ildə də şəhərin 20-yə yaxın küçələrində müvafiq işlərin aparılması davam etdirilir. Mubarizciler.az-ın məlumatına görə, Bu istiqamətdə aparılan işlər  çərçivəsində, Goranboy şəhərində  Goranboy-Ağcakənd avtomobil yolunun sol tərəfində, şəhərin Civəzadə küçəsində, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı, bələdiyyə tərəfindən yeni salınan Mini Park sakinlərin istifadəsinə verildi. Tədbirdə, rayon  İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, bir qrup ictimai fəal və  şəhər sakinləri iştirak etdilər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Çox oxunanlar